Səudiyyə Ərəbistanında minlərlə sakin şiələrin lideri Muhəmməd əl-Filfilyanın öldürülməsinə etiraz olaraq küçələrə axışıb. "The New York Times" xəbər verir ki, əl-Filfilya şiələrin digər lideri imam Himra əl-Himranı müdafiə etdiyi üçün öldürülüb. Qeyd edək ki, polis Əl-Nimranı əvvəl ayağından gülləylə yaralamış, sonra isə həbs etmişdi.
Bu gün əl-Filfilya Katif əyalətində dəfn olunduqdan sonra etrazlar daha da artıb. Qəzəbli gənclər dövlət idarələrini daşqalaq ediblər.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında hakimiyyətdə olan vəhabi rejimi şiələrin hüquqlarının pozulmasına zəmin yaradır. O da vurğulanmalıdır ki, şiələr ölkədə əsas dövlət vəzifələrinə götürülmürlər. Buna bamayaraq səudiyyə neftinin böyük hissəsi şiələrin yaşadığı ərazidə istehsal olunur.
Xatırladaq ki, şiələrin etirazı "ərəb baharının" fonunda hələ ötən ilin fefralında başlamışdı. Ancaq həmin vaxt hakimiyyət etirazları qəddarcasına yatırtsa da, şiələrin səsini tam boğa bilməmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB