Federal bir siyasi quruluşa malik Almaniyada kəşfiyyat strukturunda müxtəlif təşkilatlar təmsil olunur. Adı yaddaşlarımızda daha çox qalan, Avropanın ən güclü kəşfiyyat və təhlükəsizlik orqanlarından hesab olunan Federal Kəşfiyyat Bürosu (BND)daha çox xarici kəşfiyyata üstünlük verən qurumudur. Hərbi Gizli Kəşfiyyat Xidməti (MAD) ilə yanaşı, daxili kəşfiyyatı yaxından izləyən ən böyük qurumlardan biri də Konstitusiyanı Qoruma Təşkilatıdır (AKT).
Almaniyanı sarsan qalmaqal
Son illərdə Berlini sarsıdan neonasist cinayətləri ölkənin kəşfiyyat qurumlarını da ifadə vermək məcburiyyətində qoyub. Son on il içərisində 9 fərqli bölgədə "qüsursuz" cinayətlər işləyib, kiçik belə olsa bir iz buraxmayan sağçı Nasional Sosialist Yeraltı (NSU) terror təşkilatının nəyə görə hələ də zərərsizləşdirilməməsinin səbəbini soruşduqda, Almaniyanın daxili işlər naziri Hans-Peter Fridrix radikal sağ təşkilatlar haqqında toplanan kəşfiyyat məlumatlarının vahid mərkəzdə yığılmadığını və fərqli təşkilatların əldə etdikləri məlumatları bir-birləri ilə bölüşən bir qurumun olmadığını etiraf etmişdi.
300 milyon avrodan çox büdcəsi olan AKT 5 mindən artıq əməkdaşı ilə hesabatlar hazırlayıb, ölkə daxilində baş verən hadisələri yaxından izləyən böyük nüfuza sahib təşkilatdır. Təşkilatın hazırladığı illik hesabat Almaniyadakı dövlət qurumlarının əsas sənədi hesab olunur. Ölkədə təşkilatlanma içində olan əcnəbilərə aid dərnək, fond və digər təşkilatlar haqqında əldə etdiyi məlumatları ifşa edən AKT-nin neonasistlər haqqında topladığı məlumatların yalnız istədiyi qədərini polislə bölüşməsi tənqid olunduğu bir zamanda, Almaniya yeni bir qalmaqallı xəbərlə sarsıldı. AKT-nin türkləri hədəf alan neonasist cinayətlərinə aid məlumat və sənədləri yox etmə cəhdlərinin olduğu təsbit edildi.
AKT rəhbəri niyə istefa verib?
Polisin təşkil etdiyi əməliyyat zamanı ələ keçirilərkən intihar etdikləri bildirilən qatil iki neonasistin alman kəşfiyyatı tərəfindən aradan götürüldüyünü iddia edənlər görəsən haqlı ola bilərlərmi? Neonasist yeraltı təşkilatı üzvlərinin ələ keçiriləcəklərini anladıqlarında intihar edib, yaşadıqları evi yandırdıqları xəbəri ortaya çıxan yeni faktlar və sənədlər əsasında təzədən araşdırılmalıdır. Cinayətkarların yaşadıqları mənzildə dəlillərin yox edilməsi üçün binanı yandıran mənbə ilə AKT daxilindəki sənədləri yox etməyə çalışan mənbənin eyni izləri daşıması bəzi ip ucları vermirmi?
Keçən həftə AKT rəhbəri Heinz Fromm türkləri öldürən neonasistlərin intiharı ilə bağlı istintaqda yaşanan axsaqlıqlar və yox edilən sənədlər ucbatından istefa verdi. Bir neçə gün sonra istintaqın nəticələri nəzərə alınaraq Konstitusiyanı Qoruma Təşkilatının Türingiya əyaləti üzrə rəhbəri Tomas Sippel də vəzifədən kənarlaşdırıldı. Hər iki şəxs cinayətlərin işləndiyi illərdə kəşfiyyat təşkilatının rəhbərliyində təmsil olunublar.
AKT rəhbərinin və cinayətləri işləyən təşkilatın əsas dayaqlarının olduğu əyalətdəki idarəçinin vəzifədən kənarlaşdırılması AKT böhranının ölçüləri haqqında yalnız kiçik bir ip ucu mahiyyəti daşıyır. İmmiqrantlar nə üçün öldürdüldü və bu qərarı kim verdi? Sualına cavab tapılmadıqca AKT daxilində aparılacaq islahatlar heç kimi təmin etməyəcək. Təşkilatın başındakı Heinz Frommun istefası bu cinayəti və ya şübhəni təkbaşına öz üzərinə götürməsindən başqa yeni heç bir şey ifadə etmir.
Media nüfuzunu itirir
Alman mediasının günahsız olduğunu söyləmək çətindir. Neonasist cinayətləri üçün həddindən artıq "radikal milliyyətçi, cinayətkar qruplaşmalar" kimi ifadələr işlətmək əvəzinə, hadisə ilə bağlı uzun müddət "dönərçi cinayətləri" kəlmələrini seçən media istefalar nəticəsində etibarını, nüfuzunu itirmiş bir görüntü nümayiş etdirir. 11 sentyabr hadisələrindən sonra müsəlmanlara yönəlik təcridedici bir dil işlədən media orqanları zaman-zaman müsəlman cəmiyyətinə səslənərək \"içinizdəki cinayətkarları aşkar edin\" çağırışı edib. Alman mediası indi eyni çağırışla AKT-yə səslənməlidir. Ölkənin bütünlüyünü təhdid edən bu mənzərə üzərində güvənli münasibətlər qurmaq olduqca çətindir.
Neonasistlərin törətdiyi cinayətlərin hələ də üstünün açılmamasından dolayı alman kəşfiyyat orqanları və digər təhlükəsizlik strukturlar üçün hesab verməyin vaxtı çatıb. Görəsən Almaniya bu çətin və əvəzi ödəniləcək imtahanı keçə biləcəkmi?
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB