Ermənistan prezidenti Serj Sarkisyan İrana səfər edəcək. Xəbəri erməni mətbuatı verib. Ermənistan prezidenti avqustun 29-31-də Tehranda keçirilməsi planlaşdırılan Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısında iştirak edəcək.
Artıq bununla bağlı S. Sərkisyana dəvət məktubu təqdim olunub.
Qeyd edək ki, yığıncaqda Qoşulmama Hərəkatına rəhbərlik 6 ay müddətinə Misirdən İrana təhvil veriləcək.
Xatırladaq ki, Azərbaycan prezidenti ilham Əliyev də zirvə toplantısına dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB