Qırğıstan Rusiya hərbi bazalarının icarə haqqını qaldırır

Qırğıstan Rusiya hərbi bazalarının icarə haqqını qaldırır

Qırğızıstan hökuməti ərazisindəki üç Rusiya hərbi bazasının icarə haqqını qaldıramağa hazırlaşır. Rusiyanın "İnterfaks" agentliyinin yaydığı məlumata görə, bu barədə ölkənin müdafiə naziri Talaybəy Omurəliyev deyib. Qeyd edək ki, hazırda Qırğızıstanda Rusiyaya məxsus dörd hərbi baza var. Müdafiə naziri icarə qiymətinin qaldırılması zərurətini infilyasiya tempi ilə izah edib. O, yeni tarifin 2014-cü ildə müəyyənləşəcəyini bildirib. Omurəliyev ölkədəki dördüncü Rusiya hərbi bazasının icarə haqqının qaldırılmayacağını da deyib.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə