Amerika Birləşmiş Ştatları dövlət departamentindən Türkiyənin Suriya tərəfindən vurulan təyyarəsi ilə bağlı aparılan araşdırmaya dəstək veriləcəyi deyilib. SİA xəbər verir ki, Dövlət departamentindən həmçinin bildirilib ki, hadisə ilə bağlı araşdırma aparan amerikalı mütəxəssislər insidentin başvermə səbəbini bilir, yalnız rəsmi Vaşinqton hələlik məsələ ilə bağlı açıqlama verməyə tələsmir. Türkiyə prezidenti Abdullah Gül isə müttəfiq ölkələrə hadisə ilə bağlı onlarda olan məlumatın açıqlanmasını istəyib.
Bundan başqa Türkiyənin "Hürriyət" qəzetinə müsahibə verən ABŞ dövlət departamentinin adı verilməyən rəsmisi bildirib ki, Birləşmiş Ştatların əlaqədar qurumlarında olan məlumatlar Türkiyə rəsmilərindəki məlumatlarla uyğunlaşmır. Bu səbəbdən də rəsmi Vaşinqton hazırda Türkiyədə ciddi mübahisə mövzusu olan təyyarələrin vurulması faktını açıqlamır. ABŞ rəsmisi həmçinin əlavə edib ki, təyyarənin Suriya ərazisində və yaxud da raketlə vurulmasının heç bir əhəmiyyəti yoxdur. Nəticə odur ki, Suriya Türkiyəyə məxsus təyyarəni heç bir əsas olmadan vurub.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB