Avstraliyanın Brisben şəhəri 2014-cü ildə "Böyük iyirmilik" ölkələrinin sammitinə ev sahibliyi edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ölkənin baş naziri Culi Qillard bildirib ki, Kvinslend ştatının paytaxtı Brisben sammitin keçirilməsi üçün federal hökumətdən 370 min dollar vəsait alacaq.
Qeyd edək ki, G20-nin axırıncı sammiti bu ilin iyununda Meksikanın kurort şəhəri olan Los-Kabosda keçirilib. Onun mövzusu Avropa iqtisadi böhranına və dünya iqtisadiyyatının inkişafının konkret həlli yollarına həsr olunmuşdu. "İyirmiliy"in 2013-cü ildəki sammiti isə Sankt-Peterburqda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB