Maliyyə naziri prezidentin sözünü təkzib edir

Maliyyə naziri prezidentin sözünü təkzib edir

Fransanın maliyə naziri Avroqrupa Fransa ilə Almaniyanın həmsədrlik edəcəyi haqda xəbəri təkzib edib. SİA-nın xatırlatmasına görə, hazırda Avroqrupun sədrliyi Lüksemburqun baş naziri Jan-Klod Yunkerdədir və bu ayın sonunda onun səlahiyyət müddəti başa çatır.

Bu ərəfədə də alman mətbuatında növbəti müddətə alman-fransız rəhbərliyininn olacağı xəbərləri yayılmağa başlayıb. Əsas olaraq mətbuatda hər iki dövlətin başçılarının bu barədə danışıqları olduğu bildirilir. Əslində mətbuat haqlıdır. Fransa maliyə nazirinin təkzibi bu ölkənin prezidentinin sözlərinin tam əksidir. Prezident Fransua Olland kansler Angela Merkellə görüşündə: "Biz J.K.Yunkerin səlahiyyət müddəti başa çatan kimi lazımı qərar verəcəyik. Bu, fransız-alman qərarı olacaq", sözlərini deyib.


Maliyə naziri bundan başqa Avroqrupun formatında dəyikliklər olacağı xəbərini də təkzib edib və bu barədə ona heç bir məlumatın daxil olmadığını deyib. Xatırladaq ki, Avroqrup avrozonaya daxil olan 17 ölkənin maliyyə nazirlərini birləşdirən qurumdur və avrozona ölkələri arasında maliyə siyasətini tənzimləyir.


Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə