Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində qanunsuz məskunlaşma siyasətini davam etdirir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan rəhbərliyi Suriyada baş verən qarşıdurmalar nəticəsində İrəvana gələn qaçqınları işğal altında saxladığı Dağlıq Qarabağ ərazilərində məskunlaşdırır. Suriyadakı gərginlik səbəbindən cari ilin 6 ayı ərzində Suriyadan Ermənistana qaçan və vətəndaşlıq almaq üçün müraciət edən ermənilərin sayı 2700 nəfərdən çoxdur. 3 milyonluq ölkə üçün bu, balaca rəqəm deyil. Çünki Ermənistanın özündə də əhalinin işsizlik və digər sosial problemlərə görə kütləvi şəkildə miqrasiyası danılmaz faktdır.
Qeyd edək ki, 2012-ci ildə Suriyadan gəlib Ermənistanda vətəndaşlıq almaq istəyənlərin sayı ötən ilə nisbətən dörd dəfə artıb.
Bütün xəbərlər Facebook səhifəmizdə