Rusiya Suriya ilə hərbi əməkdaşlığını davam etdirməyəcək və silah sursatın həmin ölkəyə getməsi dayandırılacaq. SİA-nın verdiyi məlumata görə, bunu Rusiyanın hərbi sənaye qurumunun sədr müavini Vyaçeslav Zirakalin deyib.
Zirkalin sözlərinə görə, Rusiya Suriyaya bu günə qədər hərbi silah sursatın ehtiyat hissələrini ixrac edib. Bundan başqa Rusiya rəsmisi qeyd edib ki, ölkəsi Suriyaya nə hərbi helikopter nə də qırıcı təyyarələr satıb. Bununla yanaşı rəsmi Moskva Suriyanın daxilində baş verən siyasi gərginliyin aradan qaldırılmasında səylərini artırıb. Rusiya prezidenti Vladimir Putin bildirib ki, Suriya müxalifəti iqtidarla danışıqlara getməyə məcbur olunmalıdır. Suriyanın müxalifət təşkilatı olan Demokratik Form ictimai birliyinin sədri Maykl Kilo bildirib ki, inanırıq ki, Rusiyanın ölkədə sabitliyin bərqərar olunması istiqamətində apardığı işlər məsələnin həllinə müsbət təsir edəcək. Vladimir Putin həmçinin qeyd edib ki, ABŞ rəsmiləri son günlər ölkəsinin əlehinə əsasız fikirlər səsləndirir. Putin qeyd edib ki, rəsmi Vaşiqtonun səsləndirdiyi bu fikirləri o, qeyd edir və BMT-nin təhlükəsizlik şurasının toplantısında müzakirəyə çıxaracaq. O,həmçinin əlavə edib ki, Rusiya son dövrlər dünyanı narahat edən məsələlərlə bağlı ABŞ-la bir masa arxasında müzakirələrə getməyə hazırdır.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB