Türkiyə hökuməti hərbi təyyarəsinin Suriya raketləri tərəfindən vurulmasına dair konkret fakt tapmadığı üçün səsləndirdiyi iddialara ara verib. Milli Müdafiə naziri İsmət Yılmaz və baş qərargah rəsmisi general Baki Kavundan sonra Milli İstihbarat Təşkilatının kəşfiyyat məlumatlarında da təyyarənın raketlə vurulmaması ilə bağlı məlumat öz əksini tapıb. Məlumatda bildirilib ki, Suriya tərəfi ya Rusiyadan aldığı raketlərin sistemini dəyişdirərək radarda görünməyən mexanizmlə, ya da havadan təyyarəni vurub. Lakin buna baxmayaraq rəsmi Ankaradan bildirilib ki, Suriyanın bu hərəkəti beynəlxalq hüquq normalarının pozulmasıdır. Qeyd edək ki, hadisədən dərhal sonra Türkiyə baş qərargahı təyyarənin beynəlxalq hava məkanında vurulduğunu bəyan etmişdi. Bu səbəbdən təyyarənin raketlə vurulması fikiri söylənmişdi. ABŞ və İngiltərə hökumətləri məsələnin araşdırılmasında Türkiyəyə yardım etməyə hazır olduğunu bəyan edib. Hətta bu ölkələrin ordu mənsubları təyyarənin raketlə vurulması versiyası üzərində durur. Rusiya xarici işlər naziri Sergey Lavrov səslən fikirlərin əsasız olduğunu bildirib. Onun sözlərinə görə, rəsmi Moskvada hadisənin əslini təsdiqləyən faktlar var.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB