Almaniyanın maliyyə naziri: “Bu il Bank Nəzarəti orqanının yaradılması real deyil”

Almaniyanın maliyyə naziri: “Bu il Bank Nəzarəti orqanının yaradılması real deyil”

Vahid bank nəzarəti orqanı 2012-ci ildə fəaliyyətə başlaya bilməyəcək. SİA-nın verdiyi məlumata görə, bu barədə "France-24" agentliyinə verdiyi müsahibədə Almaniyanın maliyə naziri Volfqanq Şoyble bildirib. Halbuki əksər müşahidəçilər qurumun bu ilin sonuna qədər yaradılacağı və bunun vacibliyi qənaətində idilər.

Bu vacibliyin qızğın tərəfdarlarından birincisi isə elə Almaniyadır. Berlin İspaniyaya yardım məsələsi gündəmdə olduğu vaxlarda banklara ümumi nəzarət qurumunun yaradılmasını əsas şərtlərdən biri kimi irəli sürürdü. Bildiyimiz kimi bu şərt artıq reallığa çevrilə bilər, belə ki, iyunun 29-da AB-nin sammitində qurumun yaradılmasına qərar verilib. Məsələnin texniki həlli işləri qalıb ki, burda da alman ehtiyyatlılığı özünü biruzə verir. Ən azı maliyyə naziri bunu mümkün hesab etmir: "Əlbəttə, bank sektoruna birbaşa yardım etmək üçün öncə ümumi nəzarət qurumu işə düşməlidir. Bunun isə 2012-ci ilə təsadüf edəcəyi real deyil".


Xaırladaq ki, qurum Avropa Maliyyə Stabilliyi Fondunda (EFSF) toplanan vəsaitləri aidiyyəti üzrə xərcləmək prosesinə nəzarət edəcək. Qurum həm də maliyyə böhranı keçirən banklara dövlətlərin razılığını almadan birbaşa yardım etmək imkanına malik olacaq.


Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə