Almaniyanın "Ard" televiziyasına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd ölkəsində baş verən siyasi gərginliyin səbəbkarı kimi ABŞ-ı, Qətəri, Səudiyyə Ərəbistanı və Türkiyəni göstərib. SİA-nın məlumatına görə, Bəşər Əsəd bildirib ki, ölkəsinə hərbi müdaxilə olsa belə o, sona qədər mübarizəsini davam etdirəcək. Suriya prezidenti qeyd edib ki, adını çəkdiyi 4 dövlət ölkəsindəki terrorçu qrupların silahlanmasında fəal iştirak edir. Bəşər bölgədə sabitliyin yaranmasına yol aça biləcək Anna planının iflasa uğramamasını istədiyini deyib. Onun sözlərinə görə, Liviya və Misir prezidentlərinin aqibətindən qorxmur. "Çünki, həmin dövlət başçıları ilə heç bir ortaq tərəfimiz yoxdur".
Bundan başqa ölkə müxalifəti ilə dialoqa hazır olduğunu deyən Əsəd ölkədəki vəziyyəti nəzarətə almadan istefaya getməyəcəyini deyib. Qeyd edək ki, ABŞ-ın dövlət katibi Hillari Klinton Tokioya səfəri zamanı Əsəd rejiminin məhv olmasına qısa bir zaman qaldığını bildirmişdi.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB