Krasnodarda ölənlərin sayı 171 nəfərə çatdı - FOTOLAR

Krasnodarda ölənlərin sayı 171 nəfərə çatdı - FOTOLAR

Erməni saytları ermənilərin də öldüyünü yazır


Rusiyanın Krasnodar vilayətində Kuban çayının daşması nəticəsində ölənlərin sayı 171-i keçib. Rusiya Daxili İşlər Nazirliyinin operativ qərargahından verilən məlumata görə, ölüm halları ən çox Krımsk şəhərində qeydə alınıb. Belə ki, rəsmi qeydiyyata görə, sel suları şəhərdə 159 nəfərin həyatına son qoyub. Həmçinin, daşqından zərər çəkən Novarasiysk şəhərində 2 nəfərin, Qelencik şəhərlərində isə 9 nəfərin öldüyü bildirilir.


Məlumata görə, gecə saatlarında baş verən daşqın nəticəsində 5000-dən çox ev suyun altında qalıb. Bölgədə enerji, qaz və su təchizatı sıradan çıxıb. Bununla belə, sinoptiklər havaların daha da pisləşməsi ehtimalının olduğunu xəbərdarlıq ediblər. Qeyd edək ki, daşqınların baş verməsinə aramsız yağan yağışların səbəb olduğu bildirilsə də, yerli sakinlər dağlıq ərazidə yerləşən su anbarından buraxılan suların daşqına səbəb olduğunu iddia edirlər.


Daşqın bölgəsində olan prezident Valdimir Putin məsələnin araşdırılması ilə bağlı Rusiya İstintaq Komitəsinin rəhbərinə tapşırıqlar verib: \"İstintaq Komitəsi bölgədə tədqiqatlar aparacaq. Hadisə zamanı rəsmilərin necə davrandığı, daşqının baş verməsi ilə bağlı xəbərin yayılması və bununla bağlı kimin necə reaksiya verdiyi məsələri araşdırılacaq\".


Fövqəladə hallar naziri Vladimir Puçkov isə öz növbəsində zərərçəkənlərə, xüsusən də, uşaqlara və yaşlılara hər cür maddi və tibbi yardımın göstərilməsi üçün işlərin getdiyini bildirib.


Onu da qeyd edək ki, rəsmilər selin su anbarından gəldiyini qəbul etsələr də, bu cür irimiqyaslı daşqınların bu səbəbdən baş vediyini təkzib ediblər. Meteoroloqlar isə, qeyd ediblər ki, yağışların miqdarı bölgə üçün xarakterik olan orta aylıq həcmdən 5 dəfə artıq olub.

Bütün xəbərlər Facebook səhifəmizdə