Səudiyyə Ərəbistanının şahzadəsi Sara bint Talal bin Abdul-Aziz Böyük Britaniya hökumətindən siyasi sığınacaq istəyib. Bu barədə "The Daily Telegraph" xəbər yayıb.
B.Britaniyada yaşayan 38 yaşlı şahzadənin sözlərinə görə, ölkəsində onun həyatı təhlükədə ola bilər. Qadın kral ailəsinin daxilində gərginliyin olduğunu da gizlətmir. Sara bildirib ki, S.Ərəbistanı hökuməti onu təhqir edib, bank hesablarını isə dondurub.
Qeyd edək ki, atası Talal bin Abdul-Azizlə mübahisədən sonra şahzadə 2007-ci ildən Böyük Britaniyada yaşayır. Narazılığa səbəb isə Saranın atasının rəqibini dəstəkləməsi olub.
Bundan başqa onun qardaşı ilə mərhum anasından qalan 325 milyon funt sterlinqin bölüşdürməsi də mübahisə yaradıb. Şahzadə bildirib ki, onun oğurlanması üçün S.Ərəbistanı höküməti plan hazırlayıb.
Kral qızı BB-dan deportasiya da oluna bilər. Belə ki, iki il öncə onun səudiyyə pasportunun müddəti başa çatıb. S.Ərəbistanı səfirliyi isə yenisini verməkdən imtina edib.
Hazırda Sara 4 uşağı ilə birgə Londondakı 5 ulduzlu hotellerin birində yaşayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB