İranlı alimin qətlində Fransa və Almaniya izi də tapılıb

İranlı alimin qətlində Fransa və Almaniya izi də tapılıb

İranın nüvə-fizikinin qətlə yetirilməsində Fransa və Almaniya xüsusi xidmət orqanlarının da əli var. Bu bəyənatı İran xüsusi xidmətinin rəhbəri Heydər Məsləhi verib. Onun sözlərinə görə qətlin törədilməsində ABŞ, İsrail, Böyük Britaniya, Almaniya, Fransanın, həmçinin regional kəşfiyyat xidmətlərinin izləri aşkarlanıb.


Qeyd edək ki, hələ iyunun 29-da rəsmi Tehran nüvə-fizikinin qətlində iştirak edən şəxslərin kimliyinin müəyyənləşdirildiyini bildirmişdi. İranın Kəşfiyyat və Milli Təhlükəsizlik Nazirliyi isə vurğulayırdı ki, qətldə iştirak edən cinayətkarlar həbs olunublar.


Xatırladaq ki, son 2 ildə İİR-də İran alimlərinə qarşı bir neçə sui-qəsd olunub. Bunlardan 4 nəfəri qətlə yetirilib ki, onların da üçü nüvə sahəsilə məşğul olub.

Bütün xəbərlər Facebook səhifəmizdə