Livan televiziyası Yasir Ərəfatın zəhərlənməsi barədə film nümayiş etdirdi

Livan televiziyası Yasir Ərəfatın zəhərlənməsi barədə film nümayiş etdirdi

Livan televiziyası Yasir Ərəfatın zəhərlənməsi barədə film nümayiş etdirdi


Livan televiziyası fələstinlilərin mərhum lideri Yasir Ərəfatın zəhərlənməsi barədə film nümayiş etdirib. "Rosbalt" xəbər verir ki, filmdə fələstinli məhbus Ərəfatın zəhərlənməsindən danışıb. O, bildirib ki, Fələstin Azadlıq Təşkilatı sədrinin qətlini İsrail sifariş edib.


Təl-Əviv isə həmişə Yasir Ərəfatın zəhərlənməsində günahkar olmasını inkar edib. Qeyd edək ki, rəsmi məlumatlarda FAT liderinin "SPİD"-dən öldüyü bildirilirdi.


Məhbus zəhərlənmə faktı haqında 2006-cı ildə kamera yoldaşına danışıb. Onun sözlərinə görə, bu sifarişi yetirməyəcəyi təqdirdə özünü ölümlə hədələyiblər. Yeməyə zəhər qata bilmədikdə isə bunu başqa casus edib.

Bütün xəbərlər Facebook səhifəmizdə