Fransua Olland: "Bəşər Əsəd hakimiyyətdən getməlidir"
Fransa prezidenti Fransua Olland "Suriyanın dostları" konfransının açılışında Bəşər Əsədə çağırış edib. "Fransa Suriyaya qarşı sanksiyaların sərtləşdirilməsini dəstəkləyir. Dünya ictimaiyyəti Əsədə qarşı döyüşən üsyançıları daha fəal şəkildə dəstəkləməlidir. Bəşər Əsəd hakimiyyətdən getməlidir. Bu Suriyanın, onun qonşularının və regionda sülh görmək istəyən hər kəsin marağındadır", - deyə Fransua Olland bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB