Türkiyə Fransaya tətbiq olunan embarqonu ləğv etdi

Türkiyə Fransaya tətbiq olunan embarqonu ləğv etdi

Nikola Sarkozinin hakimiyyəti dövründə gərginliyə səbəb olan Türkiyə-Fransa münasibətləri yenidən bərpa olunur. SİA-nın məlumatına görə, Parisdə Fransa xarici işlər naziri Laurent Fabiueslə görüşən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu bir müddət əvvəl qondarma \"erməni soyqırımı\"nın gündəmə gətirilməsi səbəbindən Fransaya tətbiq olunan embarqoların aradan qalxdığını bildirib. Əhməd Davudoğlu qeyd edib ki, Türkiyə hökuməti bundan sonra daha çox fransız şirkətlərini ölkəsində görmək istəyir. Onun sözlərinə görə, rəsmi Ankara Fransa ilə əlaqələrin inkişaf etməsini. problemlərin isə aradan qalxmasını istəyir. Fransanın xarici işlər naziri Laurent Fabiues qeyd edib ki, bir müddət əvvəl Türkiyə Fransa əlaqələrinə xələl gətirən məsələlər aradan qalxacaq. Hər iki ölkə dövlətlərarası dostluq çərçivəsində fəaliyyətlərini davam etdirəcək. Qeyd edək ki, ötən ilin dekabr ayında Fransa senatında \"erməni soyqırımı\"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunması haqqında qanun layihəsi müzakirə çaxarılmışdı. Bu il Fransada iqtidarın dəyişməsi dövlətlərarası münasibətləri yenidən bərpa etdi.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə