Rusiya Ermənistan üçün qazın qiymətini artırmaq niyyətindədir

Rusiya Ermənistan üçün qazın qiymətini artırmaq niyyətindədir

Rusiyanın "Qazprom" şirkəti Ermənistan üçün qazın qiymətini artırmaq niyyətindədir. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Erməni Milli Konqresinin üzvü Vaaqn Xaçatryan deyib: "Hətta Rusiya tərəfi qazın qiymətini sonuncu dəfə qaldıranda bildirmişdi ki, bu hələ son deyil. Bu isə əldə olunan razılaşmaya əsasən həyata keçiriləcək",-deyə o əlavə edib.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistanın "Aykakan Jamanak" qəzeti "Qazprom"dakı şəxsi mənbələrinə istinadən bu barədə yazı dərc etmişdi. Məqalədə deyilir ki, bu ilin oktyabrın 1-dən Ermənistanla sərhəddə qazın 1000 kubmetrinə görə qiyməti hazırkı 180 dollara qarşı 280 dollar təşkil edəcək. Gələn ilin yanvarından qazın qiyməti 320 dollara çatacaq. Hazırda erməni tərəfi "Qazprom" şirkəti ilə danışıqlar aparır və qazın qiymətinin artırılmaması, ya da ən azından bahalaşmanın o qədər də kəskin olmamasına nail olmağa çalışır: "Lakin danışıqlar uğursuz alınıb və arzu olunan nəticəyə nail olmaq ehtimal kifayət qədər azdır. Bu zəmində Ermənistana tədarük olunan qaz bahalaşsa, əhali üçün də bir o qədər bahalaşacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə