Pilotların cənazəsi Türkiyəyə gətirilib - VİDEO

Pilotların cənazəsi Türkiyəyə gətirilib - VİDEO

Suriya tərəfindən vurularaq Aralıq dənizinə düşən Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat təyyarəsi pilotlarının meyitləri Türkiyəyə gətirilib. Bu barədə məlumatı Türkiyə Baş qərargah idarəsi yayıb. Məlumata görə, pilotların nəəşi Malatya şəhərindədir.


"Pilotların nəəşləri araşdırma nəticəsində aşkarlanan təyyarə qalıqlarının yaxınlığında, Suriya sahilinə 8.6 mil məsafədə, 35 48.3079 şimal, 35 37.9357 şərq və 35 48.2877 şimal, 35 37.9274 şərq kordinatlarında tapılıb. Pilotlarımızın cənazələri 05 iyul 2012-ci il tarixdə çıxarılaraq Malatyaya nəql edilib. Təyyarəyə aid qalıqların tapılması və çıxarılması üçün koordinasiyalı fəaliyyətimiz davam edəcək" – deyə Baş qərargah idarəsinin açıqlamasında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə