Bəşər Əsəd rejiminə dəstək verən rəsmi Moskva beynəlxalq ictimaiyyətin təzyiqi ilə üzləşib. Belə ki, Fransa və İngiltərə dövlətləri Rusiyaya Suriya iqtidarına göstərdiyi siyasi diplomatik dəstəyi dayandırmağa çağırıb. Fransanın xarici işlər naziri Laurent Fabius ingiltərəli həmkarı Vilyam Hagua ilə birgə görüş keçirib. İngiltərənin xarici işlər naziri bildirib ki, Rusiya başa düşməlidir ki, Bəşər Əsəd rejiminə dəstək verməklə heç bir şey əldə edə bilməyəcək. Bununla yanaşı hər iki ölkənin xarici idarə başçıları qeyd edib ki, Putin iqtidarı Suriya diktaturasına siyasi dəstək verərək bölgədəki nüfuzunu itirir. Rəsmi Moskva isə Suriya müxalifətinə Bəşər Əsəd rejimi ilə kompromisə getməyi tövsiyə edib. Rusiya xarici işlər nazirliyindən bildiriblər ki, Suriya müxalifətinin mövcud iqtidarla bir araya gəlməkdən başqa alternativi yoxdur.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB