“Rusiya cinayətkar rejimə dəstəyə son versin”

“Rusiya cinayətkar rejimə dəstəyə son versin”

Suriyanın Əsəd rejiminə dəstək verən Rusiyaya qarşı beynəlxalq ictimaiyyətdən təpkilər gəlməkdə davam edir. SİA-nın "cnnturk"ə istinadən verdiyi xəbərə görə, Fransa və İngiltərə Rusiyanı Suriyada Əsəd rejiminə dəstəyə son verməyə çağırıb. Fransanın xarici işlər naziri Laurent Fabius Parisdə ingilitərəli həmkarı Viliyam Hague ilə görüşündə Suriyadakı hadisələr geniş müzakirə olunub.


Hague "Rusiya artıq cinayətkar Əsəd iqtidarına dəstəyə son verməli və bunun onun mənfəətinə uyğun olmadığının fərqinə varmalıdır", açıqlamasını verib.


Laurent Fabius da onunla eyni fikirdə olduğununu bildirib və deyib ki, Moskvanın rəsmi Əsəd rejiminə verdiyi dəstəklə bu bölgədəki təsir gücünü itirmə riskini artırır.


Rusiya isə Suriya müxalifətinin birləşərək hökumətlə əməkdaşlıq etməsinin vacib olduğunu iddia edir. Rusiyanın Xarici İşlər Nazirliyindən də "müxalifətin rejimlə əməkdaşlıqdan başqa alternativi yoxdur", açıqlaması gəlib.


Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə