Suriya tərəfində vurulan hərbi təyyarənin pilotlarının cənazəsi tapıldı

Suriya tərəfində vurulan  hərbi təyyarənin pilotlarının cənazəsi tapıldı

Suriya tərəfində vurulan Türkiyəyə məxsus F-4 hərbi təyyarəsinin pilotlarının cənazəsi tapılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, hərbi təyyarənin pilotları leytenantı Həsən Hüseyn Aksoy və kapitan Gökan Ertanın cəsədləri Aralıq dənizinin dibində tapılıb.


Qeyd edək ki, diplomatik çaxnaşmalara səbəb olan Türkiyə hava qüvvələri komitəsinə aid təyyarə 22 iyun 2012 tarixində Şərqi Aralıq dənizində beynəlxalq hava sahəsində vurulub.



Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə