Ukraynanın Ali Radasının sədri Vladimir Litvin istefa verib. Ölkə mediasına istinadən xəbər verilir ki, o, məsələ barədə bəyanatını parlamentin bu günkü səhər iclasında səsləndirib.
V.Litvin deputatlardan onun istefasını səsverməyə çıxarmağı xahiş edib. "Bu gün məsələni gündəliyə salın, sabah isə səs verin", - deyən Ali Rada sədri parlament zalından çıxıb.
Qeyd edək ki, Ukrayna Ali Radasında rus dilinin statusu ilə bağlı qanunun müzakirəsiz səsverməyə çıxarılması üçün hakim Regionlar Partiyası tərəfindən düşünülmüş və müxalifətin faktiki olaraq aldadılması ilə nəticələnmiş qeyri-adi ssenari ölkədə böyük səs-küy doğurub. Qanun layihəsi müzakirəyə çıxarılmamışdan öncə V.Litvin parlamentdə bildirib ki, sənədə bu həftə baxılmayacaq. Amma o, zalı tərk etdikdən sonra qurumun vitse-spikeri Martınyuk məsələni gündəliyə gətirib. Radanın müxalifətdən olan deputatları buna maneçilik törətməyə çalışsalar da, səsvermə baş tutub və qanun qəbul edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB