Sarkozinin evində axtarış aparılır

Sarkozinin evində axtarış aparılır

Keçmiş prezidentin seçki kampaniyasına "Loreal" şirkətinin külli miqdarda pul ayırdığı iddia olunur


Parisdən olan müstəntiq qrupu sabiq prezident Nikolya Sarkozinin evində və ofisində axtarışlar aparıb. Bu barədə adını açıqlamaya rəsmi şəxsə istinadən Fransa mətbuatı xəbər yayıb. Axtarışların Sarkozinin 2007-ci ildəki qalmaqallı seçki kampaniyası ilə bağlı olduğu bildirilir.


Həmin vaxt dünyanın aparıcı kosmetika şirkətlərindən sayılan "Loreal"ın zəngin varisi Liliyan Betenkortun Sarkozinin kampaniyasına külli miqdarda vəsait ayırdığı iddia olunur. Fransa qanunvericiliyinə görə, seçki kampaniyalarına kənar mənbələrdən ayrılan vəsaitə 4600 avroluq məhdudiyyət qoyulduğu halda, Betenkortun Sarkozinin partiyasına nəğd şəkildə 50 min avro verdiyi bildirilir. Betenkortun mühasibi bu faktı təsdiq etsə də, Fransanın sabiq prezidenti bu iddiaları qəti şəkildə rədd edir. Hələlik axtarışların gedişatı barədə rəsmi məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə