Suriyanın prezidenti Bəşər Əsəd terror təşkilatları ilə mübarizə üçün hazırlanan yeni qanunlardan ibarət layihəyə imza atıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumatına görə, layihənin hazırlanmasında əsas məqsəd yeni terror təşkilatlarının yaranmasının qarşısını almaqdır.
Qeyd edək ki, terror təşkilatları ilə mübarizə aparmaq üçün layihədə yer alan yeni qanunlara əsasən, terror təşkilatı yaradan şəxslər 10 ildən 20 ilə kimi həbs olunacaq. Əgər terror təşkilatın hədəfi hakimiyyət və ya dövlət strukturunu dəyişdirmək olacaqsa cəza daha da artırılacaq. Terror aksiyaları insanların ölməsinə və ya şikəst qalmasına gətirib çıxaracaqsa, hətta edam cəzası belə tətbiq olunacaq. Terrorçuları maliyyələşdirərək silah-sursat verənlər də 15-20 il həbs cəzasına məhkum olunacaq. Terrorçulara dəstək verən ictimai təşkilatlarda işləyənlər isə bu əməllərinə görə, işdən qovulacaq.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB