Son 4 gündə musson yağışları nəticəsində Hindistanda baş vermiş daşqınların qurbanlarının sayı 80 nəfəri keçib. SİA-nın məlumatına görə, ölkənin baş naziri Manmoxan Sinqx Associated Press-ə bildirib ki, ölənlərin əksəriyyəti Braxmaputra çayının daşması nəticəsində suda boğulub, 16 nəfər isə sürüşmənin qurbanı olub. Hadisənin baş verdiyi Assam ştatının 2 milyona yaxın əhalisi öz evlərini tərk etməli olublar. Onlardan yarım milyonu qaçqınlar üçün düşərgələrə yerləşdirilib, qalanları isə öz qohum-əqrəbalarına sığınıblar və ya küçələrdə çadırlarını qurublar.
Azı 11 nəfərin taleyi barədə heç bir məlumat yoxdur.
Sinqx bildirib ki, Hindistan hökuməti baş vermiş hadisənin aradan qaldırılması üçün 5 milyard rupi (90 milyon dollar) ayıracaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB