Suriyalı əsgər və generallar ölkədən qaçır

Suriyalı əsgər və generallar ölkədən qaçır

Aralarında zabitlərin də olduğu hərbçilər Türkiyədən sığınacaq istəyiblər


Onlarla suriyalı hərbçi, o cümlədən, bir general və yeddi zabit Türkiyə ərazisinə keçiblər. Türkiyə KİV-inin verdiyi məlumata görə, onlar Türkiyədən sığınacaq istəyiblər.


Məlumata görə, söhbət sərhədə yaxın ərazidə yerləşən artilleriya diviziyasının hərbçilərindən gedir. Fərarilərin ümumi sayı 85 nəfərdir.


Bu, Suriya hərbçilərinin Türkiyəyə qaçması ilə bağlı ilk hadisə deyil. Amma indiyədək bu qədər kütləvi fərarilik olmamışdı.


Qeyd edək ki, iyunun sonlarında Suriya Hava Hücumundan Müdafiə Qüvvələri Türkiyəyə məxsus kəşfiyyat təyyarəsini vurub. O vaxtdan iki ölkənin sərhədində vəziyyət gərginləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə