Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-4" qırıcı təyyarəsinin Raket Əleyhinə Müdafiə (RƏM) sistemindən istifədə etməklə hədəfin müəyyənləşdirilməsində Rusiya mütəxəssisləri Suriyaya kömək edib. Məlumata görə, bu barədə "Sunday Times" qəzetində məqalə dərc edilib. Məlumat Yaxın Şərq üzrə İsrail diplomatına istinadən yazılıb.
Mənbənin sözlərinə görə, bu, bir növ NATO-ya xəbərdarlıqdır ki, Suriya məsələsinə qarışmayaraq kənarda qalsın.
"Situasiyada Rusiya izləri görünür. Suriya Liviya deyil və onun hava zonasına daxil olmaq istəyən hər hansı cəhdə qarşı RƏM-dən istifadə ediləcək və bu, hücum edən tərəfə baha başa gələcək. Biz təəccüblənmərik, əgər eşitsək ki, Türkiyə qırıcısı vurulan zaman rusiyalı mütəxəssis özü olmasa da, düyməni basan suriyalı zabitin yanında olub.", "Sunday Times" diplomatdan sitat gətirib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da vurulmuş təyyarə barədə müşahidə məlumatlarına malik olduqlarını bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB