İyunun 17-də Ermənistan Futbol Federasiyasının prezidenti, deputat Ruben Avetyana məxsus "Arsnakar" restoranında vəhşicəsinə döyülüb, daha sonra xəstəxanaya gətirilən 35 yaşlı hərbi həkim Vaqe Avetyanın iyunun 29-da dünyasını dəyişməsi Yerevanda vəziyyəti gərginləşdirib.
Erməni saytları xəbər verir ki, Prezident Aparatının qarşısında keçirilən aksiyada həkimin ölümündə günahkar bilinən şəxslərin cəzalandırılması tələb olunub. Aksiya iştirakçıları "Faşist-qatil" şüarını səsləndiriblər. Polis etirazçıları toplaşdıqları yerdən uzaqlaşdırsa da, aksiya Baş Prokurorluğun qarşısında davam etdirilib.
Ötən gecə isə Ermənistan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Vardan Samvelyan "Arsnakar" restoranını partlatmaq istəyib. Hadisə yerinə gələn Ermənistan Fövqəlada hallar Nazirliyinin əməkdaşları 2 qumbara, güllə və digər partlayıcı maddələr aşkarlayıblar. 3 saata yaxın aparılan danışıqlardan sonra zabit təslim olub. Daha sonra o, polis məntəqəsinə gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB