İran İsraili hədələdi

\"İsraili İranla müqayisə etmək yolverilməz səhvdir. Əgər sionistlərin İrana hücum etmək gücü olsaydı, bunu çoxdan həyata keçirərdi\". SİA-nın məlumatına görə, bunu İranın İnqilab Keşikçiləri Korpusunun Hərbi Hava qüvvələri komandanı general Əmir Əli Hacızadə deyib. 2006-cı ildə İsraillə Hizbullah arasında baş verən 33 günlük müharibəni xatırladan iranlı general qeyd edib ki, İsrail dövləti o zaman kiçik bir qrupa məğlub oldu. General Əmir Əli Hacızadə bildirib ki, əgər İsrail İrana hücum etsə, rəsmi Təl-Əvivə hərbi dəstək ABŞ-ın bölgədəki bazalarından olacaq. İran rəsmisi ABŞ-a da xəbərdarlıq edib. Onun sözlərinə görə, rəsmi Vaşinqton bölgədə yarana biləcək təhlükəni nəzərə alaraq bu cür ciddi məsuliyyəti üzərinə götürməməlidir. Çünki sionist güclər bu addımı atarsa, İsrail dövləti yer üzündən silinə bilər.


Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə