İranda zəlzələ olub

Bu gün səhər saatlarında İranın Xorasan vilayətinin Rezevi şəhərində 5,4 bal gücündə zəlzələ olub. SİA-xəbər verir ki, İranın dövlət radiosunun yaydığı məlumata görə, təbii fəlakət nəticəsində ölən və yaralanan olmayıb. Qeyd edək ki, Xorasan ətrafında yerləşən əyalətlərdə 4 bal gücündə yeraltı təkan hiss olunub.

Vüqar Əliyev




Bütün xəbərlər Facebook səhifəmizdə