Suriyanın Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "F-4" qırıcı təyyarəsini vurmaslndan sonra rəsmi Ankara bu ölkə ilə sərhədlərinə qoşun cəmləşdirib. TRT-nin məlumatına görə, Türkiyə Hava Əleyhinə Müdafiə sistemlərini də bu istiqamətə yönəldib.
Ölkə rəsmiləri xəbəri təsdiqləyiblər. Dövlət kanalı sayılan TRT-nin yaydığı xəbərə əsasən, bu gün zenit qurğuları, silah-sursatla 30 hərbi maşın Türkiyə-Suriya sərhədlərinə gətirilib.
"RİA-Novosti"nin məlumatına görə isə, dislokasiya olmuş qoşunda tank və artileriya bölmələrilə yanaşı zenit-raket kompleksi də var.
Baş nazir Rəcəb Təyyub Ərdoğan bildirib ki, Türkiyə Suriya tərəfdən gələn təhlükələrlə barışmayacaq. Ərdoğanın sözlərinə görə, bundan sonra Türkiyə sərhəddinə yaxınlaşan hər hansı bir hərbi obyekt təhlükə kimi qiymətləndirilərək məhv ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB