Suriyanın informasiya naziri: \"Türkiyə təyyarəsi səhvən vurulub\"

Günlərdir Türkiyə və Suriya arasında yaranan gərginliyə Suriya tərəfdən aydınlıq gətirilib. SİA-nın xarici mətbuata istinadən vediyi məlumata görə, Suriyanın İnformasiya naziri Umran əl Zubi bəyan edib ki, Türkiyə təyyarəsi səhvən vurulub: \"Türk təyyarələri ilə İsrail təyyarələri bir-birinə çox oxşayır. İsrail təyyarəsi Suriyaya girərsə, vurulmalıdır. Biz türk təyyarəsini vurmaq istəmədik. NATO məsələyə texniki tərəfdən yanaşmalıdır\".

Bundan başqa Umran Əl Zubi qeyd edib ki, Suriyanın Türkiyəyə qarşı heç bir düşmənçilik niyyəti yoxdur və bu ölkə Amerika Birləşmiş Ştatları və İsrailin planına daxil olmamalıdır. Suriyanın informasiya naziri bildirib ki, Yaxın Şərq regionunda İsrail kimi sionist ölkə var: \"Bölgədəki gərginlik İsrailin sionist siyasətinin bir parçasıdır\".

Bundan başqa nazir vurulan təyyarənin pilotları haqqında onlarda heç bir məlumatın olmadığını da deyib. Əl Zubi açıqlamasında Türkiyəyə xəbərdarlıq da edib. Onun sözlərinə görə, bu regionun sakinləri Amerika və İsrailin hiyləsinə aldanmamalıdır.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə