Son 3 gündür Banqladeşdə baş verən dəhşətli musson yağışları 50 insanın ölümünə səbəb olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Banqladeşin ikinci böyük şəhəri Çittaqonda səngimək bilmədən yağan musson yağışları torpaq sürüşməsinə, insan təlafatına və bir çox başqa fəlakətlərə səbəb olub.
Qeyd edək ki, Çittaqonda baş verən dəhşətli yağışlar nəticəsində 150 min adam evlərinə qapanıb. Şiddətli yağışlar evlərin çoxunu torpaq altında basdıraraq yolları bağlayıb.Vəziyyət o qədər gərgin hal alıb ki, hətta uşaqların çoxunun yatarkən torpaq altına qalıb can verdiyi və bir ailənin isə 12 üzvünün həyatını itirdiyi məlum olub.
Hazırda şəhərdə hava limanının uçuşları təxirə salınıb və bir qatar körpüsünün aşması nəticəsində bütün dəmir yollarının hərəkəti dayandırılıb.
Meteologiya mütəxəssisləri Banqladeşin ikinci böyük şəhəri olan Çittaqon bölgəsində baş verən yağışların son illərdə görülən ən şiddətli musson yağışları olduğunu və qarşıdakı günlərdə daha da güclənəcəyini deyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB