Sergey Lavrov: \"Suriya və Türkiyə arasında baş verən hərbi insident təxribatdır\"

Sergey Lavrov: \"Suriya və Türkiyə arasında baş verən hərbi insident təxribatdır\"

\"Suriyanın hərəkətləri qəbuledilməzdir və ən sərt şəkildə cəzaya layiq olduğunu hesab edirik\". Bunu NATO-nun baş katibi Anders Foq Rasmussen Brüsseldə NATO-ya üzv ölkələrin xüsusi iclasından sonra bəyan edib. Rasmussen NATO-ya üzv ölkələrin Türkiyə ilə həmrəy olduqlarını bildirib. Alyansın baş katibi həmçinin bəyan edib ki, NATO Suriyadakı prosesləri diqqətlə izləyir. Bundan başqa NATO-nun baş katibi iyunun 22-də Türkiyənin F-4 qırıcı təyyarəsinin vurulması kimi hadisələrin bir daha təkrarlanmayacağına ümid etdiyini də qeyd edib. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə qeyd edib ki, Suriyanın atdığı bu addım regionda gedən proseslərə mənfi təsir göstərən bir haldır. Məsələyə NATO-nun ciddi münasibət bildirməsinə gəlincə isə Ərdoğan qeyd edib ki, bu bəyanat ittifaq dövlətlərin problemə laqeyid yanaşmadığını sübut edir. Qeyd edək ki, Türkiyə və Suriya arasındakı hərbi insidentə Rusiya dövləti də münasibət bildirib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Suriya və Türkiyə arasında problem regionda 3-cü dövlətin təxribat yaratmaq istəyi ilə bağlıdır. Rəcəb Tayyib Ərdoğan isə bu fikirin düzgün olmadığını bəyan edib. Türkiyə baş naziri Lavrovun bu fikirini NATO-nun Suriyanın ünvanına səsləndirdiyi bəyanat cavab kimi dəyərləndirib.

Vüqar Əliyev

Bütün xəbərlər Facebook səhifəmizdə