Rusiya 2130-cu ildə cənnətə çeviriləcək
2011-ci ilin dekabrından "Putin mərhələsi"nin sonu başlayacaq. Bunu tanınmış rusiyalı astroloq Mixail Levin 2010-cu ildə demişdi. İndi isə o, ulduzlara diqqət yetirərək yeni mülahizələr yürüdür. Levinin bildirdiyinə görə, Rusiya prezidenti 2016-cı ildə hakimiyyətdən gedəcək. Amma bu, infarkt və ya ölüm nəticəsində baş verməyəcək. Putin ya xalq kütlələlərinin artan narazılığı fonunda geri çəkiləcək, ya da sadəcə gedəcək.
Ümumən Levinin fikrincə, Rusiyada nə vaxtsa çox yaxşı vəziyyət yaranacaq - konstitusiya dəyişəcək, mərkəzi hakimiyyət prezidentdən parlamentə keçəcək, dövlət hakimiyyətinin idarəçiliyi üsullları yenilənəcək: "Avtoritar və mühafizəkar idarəçilik sistemi 2018-ci ilin yanvarında ömrünü başa vuracaq. Bu isə o deməkdir ki, növbəti seçkilərdə hakimiyyətə tamam başqa adamlar gələcək. Amma Putinin dövrünün başa çatması daha əvvəl baş verəcək. Çünki 2016-cı ildə ölkəni etiraz dalğası bürüyəcək".
M.Levin Rusiya məhkəmələrində, Daxili İşlər Nazirliyində, eləcə də digər dövlət qurumlarında "təmizlik işləri"nin həyata keçiriləcəyini proqnozlaşdırır. Bu proses ümumən 2030-cu ilin ortalarınadək davam edəcək. Həmin vaxtdan başlayaraq yeni siyasi idarəçilik mədəniyyətinin göstəriciləri nəzərə çarpmağa başlayacaq. Məmurluq bir institut kimi qalacaq, amma bütövlükdə xalqın xidmətində olacaq. Dövlətin müştərək idarəçiliyi prinsipi tətbiq ediləcək. Bu dövrdə həmçinin narazılıq səbəbindən ölkəni tərk etmiş ziyalıların, elm adamlarının da qayıdışı baş verəcək.
Astroloq ümumən xalqın düşüncə tərzində dəyişikliyin yaşanacağını da deyir. Patriarxal, infantil baxışlar deformasiyaya uğrayacaq, kosmopolitlik qalacaq, lakin insanlarda novatorluq, zülmə, istibdada dözümsüzlük artacaq, istənilən anti-insani münasibət göstəricisi aradan qalxacaq. Dolça bürcünün dövrü başlayacaq. Bu bürc isə demokratik təbiətli olduğundan hamının fikrinə və azadlığına hörmət tendensiyası cəmiyyətə hakim kəsiləcək.
Levin onu da deyir ki, Rusiyada belə demək mümkünsə, cənnət tam olaraq 2130-cu ildə formalaşacaq. Yeni mədəniyyətin formalaşma vaxtı isə 2080-ci ildən başlayacaq. Amma ruslar indidən sevinə bilərlər. Çünki astroloqun apardığı tarixi paralelə görə, onlar üç nəhəng planetin - Saturnun, Uranın və Neptunun göydə birləşdiyi dövrdə yaşayırlar. Bu dövr isə 680 ildə bir dəfə yaşanır. Sonuncu dəfə oxşar hal XIV əsrdə baş vermişdi ki, həmin ildən başlayaraq rus torpaqlarının Moskva ətrıfında birləşməsinin əsası qoyulmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB