30-dan artıq Suriya əsgəri sərhədi keçərək Türkiyəyə gəlib

30-dan artıq Suriya əsgəri, o cümlədən yüksək rütbəli hərbçilər sərhədi keçərək Türkiyəyə gəlib. Onlar Prezident Bəşər əl-Əsədin qüvvələrindən qaçanlardır. Anadolu xəbər agentıiyi bildirir ki, hərbçilər arasında general, iki polkovnik və mayor və onların ailələri var.

BBC-nin İstanbul müxbiri deyir ki, Suriyada üsyanlar başlayandan bəri bu, Türkiyəyə keçən ən böyük hərbçilər qrupudur.

Suriya cümə günü Türkiyəyə məxsus hərbi təyyarəni vurandan bəri iki ölkə arasında gərginlik artıb. Ötən həftə Suriya hava qüvvələrinə məxsis pilot öz qırıcı təyyarəsində İordaniyaya qaçıb.


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...