İraqın paytaxtı Bağdadda baş vermiş növbəti partlayış 5 futbolçunun ölümü ilə nəticələnib. Məlumata görə, hadisə Bağdadın cənubundakı "Xalq" stadionunun yanında baş verib və terrorçuların hədəfi qarşılaşmaya gedən futbolçular olub.
Partlayış nəticəsində 5 futbolçu ölüb, 21 nəfər isə yaralanıb. Qeyd edək ki, yaralılardan 2 nəfərin polis olduğu bildirilib. Yeni bir partlayış ehtimalına qarşı ərazidəki insanlar evakuasiya edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB