Mədəniyyət Nazirliyinin rəsmi saytında Putinlə bağlı lətifələr yer alıb

Rusiyanın internet istifadəçiləri ölkənin Mədəniyyət Nazirliyinin rəsmi saytındakı "siyasi lətifələr" bölməsini gördükdə olduqca təəccübləniblər. Onlar daha çox təəccübləndirən isə hazırkı dövlət başçısı Vladimir Putin haqqında yazılanlar olub.


Rusiya bloggerlərinin söylədiklərinə görə, bu halın müşahidə edilməsi yeni mədəniyyət naziri Vladimir Medinskinin yarımçıq təfəkkür tərzi ilə əlaqədardır. Jurnalist Andrey Malgin isə məsələ ilə bağlı ironiyasını ifadə edərək bildirib ki, əgər Medinski olmasaydı belə, bu cür adamı mütləq fikirləşib tapmaq zərurəti yaranacaqdı.


Qeyd edək ki, V.Medinski bu günlərdə Rusiyanın NTV telekanalında göstərilmiş "Sovet İttifaqına xidmət edirəm" filmi ilə bağlı sözügedən telekanala müraciət ünvanlaması ilə populyarlaşmışdı. Nazir media orqanına filmin nümayişini dayandırmağı məsləhət götmüşdü. Fikrini belə əsaslandırmışdı ki, film müharibə veteranlarına toxuna bilər. NTV isə nəinki nazirin xahişini yerinə yetirməmiş, hətta onun özünü də məsxərəyə qoymuşdu.


Rusiyanın Mədəniyyət Nazirliyinin saytındakı bəzi lətifələri diqqətinizə çatdırırıq:


1. Rusiya prezidenti söz verib ki, yaxın vaxtlarda Rusiyadakı bütün yollar Almaniyadakı yollara oxşayacaq. Bu məqsədlə Almaniyaya 200 buldozer göndərilib.


2. Putinin Yaponiyanın baş naziri Koudzumi ilə görüşü:


- Cənab prezident, şimal torpaqlarını geri qaytarın!


- Cənab baş nazir, yaxşısı budur ki, Xakamadanın götürün.


3. Putin internet konfrans zamanı sualları cavablandırır:


- İndi mənə 4 milyon adam eyni məsələ ilə bağlı müraciət ünvanlayıb: maaşlar nə vaxt qalxacaq. Buna görə də hesab edirəm ki, bunlar hamısı spamdır.

Bütün xəbərlər Facebook səhifəmizdə