Sudanda siyasi gərginlik yenidən artıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Sudanın paytaxtı Xartumda polis və nümayişçilər arasında toqquşmalar başlayıb. BBC-nin yaydığı məlumata görə, nümayişçilərlə polis arasında insident baş verib. İqtidara etiraz edən əhali polisi daş-qalaq edib, maşın təkərlərini yandırıb, küçələrdə barrikadalar qurulub. Qeyd edək ki, ölkə hakimiyyəti polisə kütləvi iğtişaşlara dərhal son qoymaq tapşırığı verib. Çoxlu sayda adam həbs olunub. Xatırladaq ki, Sudanda kütləvi etirazlar iyunun 16-da, hökumətin dövlət xərclərini və subsidiyaları azaltmaq planı ortaya çıxandan sonra başlayıb. Etirazların təşəbbüskarı tələbələr olub, sonra onları əhalinin əhəmiyyətli hissəsi dəstəkləməyə başlayıb. Sudan yoxsulluq içərisindədir. Ötən ilin iyulunda Cənubi Sudan müstəqillik qazandıqdan sonra Xartum neft yataqlarının dörddə üçünə nəzarəti itirib.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB