Vanda növbəti zəlzələ - VİDEO

Türkiyənin Van şəhərində növbəti dəfə zəlzələ baş verib. Boğaziçi Qəndilli rəsəsxanasının verdiyi məlumata görə, yerli vaxtla saat 23.07-də (Bakı vaxtıyla 01.07) 5.0 bal gücündə meydana gələn yeraltı təkanların episentri Vanın Karagündüz kəndi olub. İlkin məlumatlara görə, insan təlafatı və dağıntının olmadığı zəlzələ yerli sakinlər arasında təşvişə səbəb olub.


Xatırladaq ki, ötən il oktyabrın 23-də Türkiyənin Van şəhərində təxminən 1 000 nəfərin ölümü ilə nəticələnən zəlzələ baş verib, bundan sonra bölgədə yeraltı təkanlar intensiv hal alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə