Ankara Suriyanı beynəlxalq normaları pozmaqda ittiham etdi
Türkiyə baş nazirinin xarici siyasət üzrə köməkçisi İbrahim Qalın Suriyanı beynəlxalq hüququ pozmaqda ittiham edib. Qalın Tvitter səhifəsində Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus "F-4" qırıcı təyyarəsinin raketlə vurulmasına qarşı adekvat addım atılacağını yazıb. Amma o, cavab kimi hansı addımın atılacağına aydınlıq gətirməyib.
Xarici işlər naziri Əhməd Davudoğlu isə bəyan edib ki, "F-4" Suriyanın ərazisində deyil, beynəxalq hava məkanında vurulub. Davudoğlu qırıcının, sadəcə, təlimlər keçdiyini bildirib.
Ankara məsələnin NATO-nun qarşıdakı həftədə keçiriləcək iclasında qaldırmaq niyyətindədir. Alyansın rəsmi nümayəndəsi isə deyib ki, çərşənbə axşamı Türkiyənin müraciəti müzakirə olunacaq.
Bu arada xilasedicilər qırıcı təyyarənin qəzaya uğradığı yeri aşkarlayıblar. Türkiyə mətbuatının məlumatına görə, "F-4"-ün qalıqları Aralıq dənizinin 1300 metr dərinliyində aşkarlanıb. Pilotun taleyi barədə isə hələlik məlumat verilmir. Ankara pilotun axtarışında Suriya tərəfinin iştirak etmədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB