Moskvanın Bəşər Əsədi xilas etməsinin “gizli planı”

Moskvanın Bəşər Əsədi xilas etməsinin “gizli planı”

Rusiya Suriya prezidenti Bəşər Əsədin xilası üzrə gizli planının icrasına başlayıb. Məlumata görə, bu barədə "The Sunday Times" qəzeti məqalə dərc edib. Planın yekun qərarı ondan ibarətdir ki, ölkədə növbədənkənar seçkilər keçirilsin.


İnformasiyanın qəzetə Moskva və Dəməşk arasında danışıqlarda iştirak edən, ancaq adının çəkilməsini istəməyən Rusiya diplomatının verdiyi bildirilir. Xəbərə əsasən, Əsədə növbədənkənar seçkilərin keçirilməsi təklif olunub. Rusiya rəhbərliyi indiki prezidentin hakimiyyəti əlində saxlaya bilməyəcəyindən ehtiyat edir. Seçkilərin keçirilməsi isə müxalifətlə danışıqlara atılan addım kimi qiymətləndirilə bilər. Bu halda Qərb ölkələrinin işğalının qarşısı alınar.


Mənbə eyni zamanda bildirib ki, Moskva Bəşər Əsədin bu təklifdən istifadə edəcəyinə əmin deyil. "Seçkilərin keçirilməsi uzun və üzücü prosesdir. Ola bilsin, o, bu təklifi qəbu etsin. Amma hesab edirik ki, Bəşər Əsəd son damla qanınadək vuruşacaq", deyə diplomat vurğulayıb.


Mənbə onu da bildirib ki, rəsmi Dəməşq istəsə də, Rusiyanın Suriyaya qoşun yeritmək planı yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə