Angela Merkel Hitlerdən sonra Avropanın ən təhlükəli lideri sayılır - FOTO

Angela Merkel Hitlerdən sonra Avropanın ən təhlükəli lideri sayılır - FOTO

Britaniyanın həftəlik "New Statesman" jurnalı Almaniyanın kansleri Angela Merkeli Avropanının ən təhlükəli lideri sayır. Jurnalın üz səhifəsində hökumət başçısı Terminator obrazında təqdim edilib. Məqalənin müəllifi Mehdi Həsənin fikrincə, dünyada sabitliyin pozulmasında və planetin çiçəklənməsində əyləc rolunun oynamasında Merkel İran prezidenti Mahmud Əhmədinecat, İsrailin baş naziri Binyamin Netanyahu və Şimali Koreya lideri Kim Çen Undan daha təhlükəlidir.


Avrozonanın maliyyə böhranından çıxarılmasında Merkel siyasəti sərt iqtisadi tədbirlər üzrəində qurulub. Müəllif hesab edir ki, Almaniyanın indiki kansleri Adolf Hitlerdən sonra ən təhlükəli alman lideridir.


Mehdi Həsənin fikrincə, Fransadan tutmuş Macarıstana, Yunanıstanadək-bütün Avropanın gözü qarşısında neonasist partiyasının möhkəmlənməsi prosesi gedir və buna sakit tərzdə tamaşa edirlər.


Almaniyanın Şimali Reyn-Vestfalda keçirilən seçkilərdə Merkelin məğlubiyyətə uğraması isə onu göstərir ki, almanların hamısı hökumətin siyasətini dəstəkləmir. Məqalə Merkelin dayandırılması çağırışları ilə tamamlanır.


Qeyd edək ki, sol təmaül baxışlı olan "New Statesman" nəşri 2009-cu ildə Britaniyada "İlin ən yaxşı jurnalı" mükafatına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə