“WikiLeaks” yaradıcısının Ekvadora verilməsi məsələsi gündəmdədir

“WikiLeaks” yaradıcısının Ekvadora verilməsi məsələsi gündəmdədir

"WikiLeaks" saytının banisi Culian Assanjın Ekvadordan siyasi sığınacaq istəmsilə bağı bu ölkənin Böyük Britaniyadakı səfiri Ana Alban paytaxt Kitoya çağırılıb. Bu barədə Ekvadorun prezidenti Rafael Korrea bildirib.


Prezidentin sözlərinə görə, məsələyə çox məsuliyyətlə yanaşır və kiminsə ona təzyiq etməsinə yol verməyəcək. Dövlət başçısı deyib ki, Ekvador hakimiyyəti situasiya barədə artıq Britaniya tərəfindən məlumat alıb və bu, nəzərə alınacaq. Son sözü isə rəsmi Kito verəcək.


Rafael Korrea bidirib ki, Assanj həyatının təhlükədə olmasından narahatdır. Avstraliyalını ABŞ-a verəcəkləri təqdirdə isə siyasi çalarlara görə onu ölüm hökmü gözləyir. Prezidentin sözlərinə görə, bu, Amerikalar arasındakı sistemin prinsiplərinə və insan hüquqlarına ziddir.


Xatıradaq ki, Culian Assanj iyunun 19-da Ekvadorun Londondakı səfirliyinə gələrək siyasi sığınacaq istəyib.

Bütün xəbərlər Facebook səhifəmizdə