Taliban xarici vətəndaşları girov götürüb

Taliban xarici vətəndaşları girov götürüb

Bu gün səhər saatlarında Əfqanıstan hərbiçilərinin, polisinin və NATO qoşunlarının iştirakı ilə aniterror əməliyyatı keçirilib. Belə ki, Kabil şəhərində taliban silahlılarının girov götürdüyü Spozhmai otelinin iki mərtəbəsi azad olunub. Polisin yaydığı məlumata görə, keçirilən əməliyyat nəticəsində 18 girov azad olunub, iki silahlı qətlə yetirilib. Qeyd edək ki, əməliyyat nəticəsində bir əfqan polisi həlak olub. Lakin qoşunlarda heç bir itki qeydə alınmayıb. Buna baxmayaraq otelin yuxarı mərtəbələrində təhlükəli vəziyyət davam edir. Talibançılar qeyd edib ki, bu terror aktı NATO hərbiçilərinə, diplomatlara, yerli və xarici işdamlarına qarşı yönəlib. Terror aktının tarixi bilərəkdən müqəddəs cümə gününə salınıb. Polisin verdiyi açıqlamaya görə, taliban üzvləri oteli ötən gün axşam tutublar. Girovlar arasında qadınlar və uşaqlarda var. Məlumata görə, oteldəki insanlar arasında ölənlərdə var. Rəsmi açıqlamada qeyd olunub ki, girovlar işgəncələrə məruz qalıblar. Əfqan polisinin istintaq qrupunun rəhbəri general Məhəmməd Zahirin verdiyi açıqlamaya görə, oteldə qadın və uşaqların olması polisin əməliyyat imkanlarını məhdudlaşdırıb. Qeyd edək ki, dünən gecədən oteli taliban döyüşçüləri ağır silahlarla və kamikadzelərlə qoruyur.


Vüqar Əliyev


Bütün xəbərlər Facebook səhifəmizdə