Yunanıstanın avrozonadan çıxması ölkə üçün faciəvi nəticələr yarada bilər. Bu sozlərin müəllifi Yunanıstanın baş naziri Lukas Papadimosdur.
Xatırladaq ki, yaxın zamanda ölkənin avrozonadan çıxıb-çıxmayacağı barədə yekun qərar verilməlidir. Baş nazir də bu məsələyə münasibətdə belə deyib. Onun sözlərinə görə, Yunanıstanın avrozonadan çıxması avrozonada qalması qədər təhlükəli və risklidir.
Papadinos: "Yunanıstanın hazırda bütün çətinliklərə baxmayaraq avrozonada qalıb dövlət iqtisadiyyatını qaydaya salmaq və rəqabətə davamlı hala gətirməkdən başqa alternativ variantı varmı" sualına özü də cavab verir: "Yox, belə bir variant yoxdur".
Valyuta ittifaqından çıxmaq Yunanıstan üçün görünən problemlərdən başqa, sürpriz nəticələr də verə bilər. Ən təhlükəlisi isə proqnozlaşdırılması belə çətin olan infilyasiyadır. Proqnozlar da ümidverici bir şey demir. Əksəriyyətin qənaətincə inflyasiya hazırki 1,5%-dən birdən-birə 30%, hətta 50%-ə düşə bilər. Bundan başqa gəlirlərin nəzərəçarpacaq dərəcədə azalacağı da dövlər xərclərini tənzimləmək üçün ciddi maneələr yaradacaq. Vəziyyətdən çıxış yolu kimi yeridiləcək "məvacib–qiymətlər" siyasəti isə rəqabətə davamlılığa ağır zərbə vuracaq. Konkret olaraq, avrozonadan çıxmaq Yunanıstan üçün faciəvi nəticələrə gətirib çıxara bilər və görünür baş nazir onu xəyanətdə günahlandırmaqda olacaq tənqid dalğasının qarşısına bu arqumenti çıxarmaqda haqlıdır.
Papadimos dövlət sektorunda problemləri yoluna qoymaq üçün Fransa və Almaniyadan ekspertlər dəvət eləməyi də təklif edir ki, bu da daxildə həmin tənqidçilər tərəfindən ciddi müqavimətlə qarşılanmalıdır. Vəziyyətdən çıxış yolu kimi baş nazir vergi sisteminin sadələşdirilməsini və bunun hesabına investisiya axınına təkan verməyi məsləhət görür. Bütün bunların isə "iyirmiliyin" sammiti ərəfəsində deyilməsi təsadüfi deyil. Yunanıstan Avropanın yeni yardımlarına ümid bəsləyir. Bu ölkədə İspaniyaya dərhal və asanlıqla milyardlar verilməsini xüsusi bir qısqanclıqla qarşılayıblar. Rəsmi və qeyri-rəsmi kürsülərdən avropanı ikili standart yeritməkdə günahlandıranlar az deyil. Hər halda yaxın gələcək bütün bu məsələlərə kifayyət qədər aydınlıq gətirməlidir.
Şahin Abasov,
SİA-nın Almaniyadakı xüsusi müxbiri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB