Suriya erməniləri Ermənistana qaçır

Suriya erməniləri Ermənistana qaçır

Ermənistan Polisi pasport və viza idarəsi son zamanlar daha çox suryalı ermənilərin Ermənistan vətəndaşlığını almaq istədiyini bildirir. BBC xəbər verir ki, polisin məlumatına görə, 2010-cu ildə Ermənistan vətəndaşlığı almaq üçün 422 Suriya vətəndaşı müraciət edibsə, 2011-ci ildə onların sayı 3 minə çatıb, cari ilin birinci rübündə isə 1500-dən çox suriyalı müraciət edib. Onların əksəriyyəti Suryiada yaşayan ermənilərdir.


Ermənistan Polisi viza və pasport idarəsinin əcnəbilərin qeydiyyata alınması şöbəsinin rəisi Artur Sahakyan son üç il ərzində 300 suryalı erməniyə Ermənistanda yaşamaq vəsiqəsi verilib


Ermənistan vətəndaşlığı alıb Ermənistana köçmək istəyənlərin satyının artması Suriyada mövcud vəziyyətlə izah olunur.


Yerli ermənilər daha özlərini müdafiə olunmamış hesab edir və başqa ölkələrdə, o cümlədən Ermənistanda məskən salmağa çalışırlar.


Mətbuatda Suriya erməni katolik icmasının rəhbəri müqəddəs ata Andranikin Suriyanın bəzi, məsələn, şimal bölgələrində vəziyyətin sabit olduğu, lakin Livan və Türkiyə ilə sərhadyanı bölgələrdə onun terorçu kimi təsvir etdiyi qeyri-hökumət qüvvələrinin "xristian azlıqlarına, xüsusilə yerli ermənilərə böyük zərər" vurduğunu bildirib.


Orada yaşayan 2 min ermənilərin əksəriyyəti şəhəri tərk etməyə məcbur olub.


Hal hazırda Yerevanda yaşayan keçmiş Hələb sakinlərindən biri Suriya ermənilərinin mövcud hakimiyyəti dəstəklədiklərini bildirir.


O deyir: "Biz son 30 il ərzində hakimiyyət tərəfindən müdafiə olunmuşuq. Bu gün uşaqları məktəbə göndərməyə qorxuruq. Hakimiyyətə müqabil tərəf gəlsə, daha çox şey dağılacaq. Suriyada erməni qalmayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə