Səhnə uçdu, bir nəfər öldü, konsert təxirə salındı - FOTO

Səhnə uçdu, bir nəfər öldü, konsert təxirə salındı - FOTO

Kanadanın Toronto şəhərində "Radiohead" qrupunun konsertinə hazırlanan səhnə uçub. Nəticədə bir əməkdaş dünyasını dəyişib, 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb. Onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.


Məlumata görə, hadisə konsert meydançasının açılışından bir saat əvvəl baş verib. Olayla əlaqədar tədbir təxirə salınıb.


CBC-nin məlumatına görə, son 3 ildə Kanadada kütləvi tədbirlərdə ən azı 3 dəfə səhnənin uçması faktı qeydə alınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə